[b] "Qarabağ" kimi komandaya köməklik göstərmək düzgün deyil"[/b]
20.11.2014 - 16:45
[b] "Qarabağ" kimi komandaya köməklik göstərmək düzgün deyil"[/b]

“Bakı”nın baş məşqçisi İbrahim Uzunca Topaz Premyer Liqasının XII turu çərçivəsində keçirilən “Qarabağ”la oyunu dəyərləndirib. Apasport.az saytının məlumatına görə, türkiyəli mütəxəssis 2:4 hesabı ilə uduzduqları qarşılaşmadan razı qalaraq, futbolçularını təbrik etməkdən də çəkinməyib.

 

O hakimlərə mesaj da yollayıb: “Oyunumuzdan razıyam. İndiyə qədər hakimlərə heç bir iradım olmayıb. Amma deməliyəm ki, "Qarabağ" kimi komandaya köməklik göstərmək düzgün deyil. Hakimlərə demək istəyirəm ki, gələcəkdə bir az diqqətli olsunlar. "Qarabağ"a isə Avropa Liqasında uğurlar arzulayıram”.

Mənbə:pfl.az