[b]"Araz"ın oyunlarının vaxtı açıqlandı[/b]
07.09.2017 - 12:41
[b]"Araz"ın oyunlarının vaxtı açıqlandı[/b]

Futzal üzrə UEFA kubokunun əsas mərhələsinin oyunlarının vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Araz”ın da keçirəcəyi qarşılaşmaların vaxtı bəlli olub.

 

Naxçıvan təmsilçisi oyunları Rumıniyada keçiriləcək H qrupunda mübarizə aparacaq. Görüşlər Deva şəhərinin İdman Sarayında baş tutacaq.

 

“Araz” oktyabrın 11-də Bosniya və Herseqovinanın “Mostar” klubu ilə görüşəcək. Oyun Bakı vaxtı ilə saat 17:30-da start götürəcək. Ertəsi gün eyni saatda başlayacaq matçdakı rəqib “Luksol Sent Endryu” (Malta) olacaq.

 

“Araz” oktyabrın 14-dəki son turda meydan sahibi “Deva” ilə görüşəcək. Saat 20:00-da başlayacaq oyun elit-raunda yeganə vəsiqənin taleyi baxımından həlledici xarakter daşıyacaq.