[b]"Araz Naxçıvan"da “yarpaq tökümü”[/b]
14.09.2014 - 17:15
[b]"Araz Naxçıvan"da “yarpaq tökümü”[/b]

Topaz Premyer Liqasının V turunda evində “İnter”ə 1:3 hesabı ilə məğlubiyyətdən sonra "Araz Naxçıvan"da “yarpaq tökümü” başlayıb. Apasport.az saytının məlumatına görə, çempionatda yalnız bir qələbəsi olan naxçıvanlılar 3 futbolçunu komandadan qovub.

 

Bunlar,  Elhad Nəziri, Aleksandr Krutskeviç və Vüqar Əsgərovdur. Klub rəhbərliyi sözügedən oyunçularla müqaviləni qarşılıqlı razılıq əsasənda pozulub.

 

Qeyd edək ki, "Araz Naxçıvan"nın qazandığı yeganə qələbəsi Premyer Liqanın açılış turunda “Neftçi”ni 3:0 hesabı ilə məğlub etməsidir. Digər 3 görüşdə isə komanda məğlubiyyətləri sıralayır.