"Çәtin vә maraqlı görüş oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bolqarıstan millisinin futbolçusu İliyan Miçanskiyə məxsusdur.
O, ötən gün yığmamızı Bakıda məğlub etdikləri (1:2) görüşdən danışıb: “Belә bir sәfәrdәn evә 3 xalla qayıtmaq bizi sevindirmәyә bilmәz. Düzdü, qәlәbә qazandıq, amma narazı qaldığımız mәqamlar oldu. Mәsәlәn stadionun ot örtüyü çox pis vәziyyәtdә idi. Yaxşı oyun göstәrmәyә imkan vermirdi. Tskilә uğurlu başladıq. İnanıram ki, davamını gәtirәcәyik. Azәrbaycan yığması haqqında isә xoş sözlәr demәk olar. Onlar bizә xeyli problem yaratdılar”.
Matçda komandamızın qapısından ilk qolu keçirən Miçanski yığmamızın qrup mərhələsində şanslarının olduğunu bildirib: “Artıq qrupda iddialı olduğumuzu göstәrdik. Azәrbaycan yığmasının da şansları az deyil. Heç bir komanda onları hesabdan silә bilmәz. Qzrşıda çox gәrin oyunlar olacaq. Dmitri Nazarovla bu matç haqqında oyundan öncә söhbәtlırimiz olmuşdu. Amma bu barәdә әtraflı danışmaq istәmirәm”.