[b] Azərbaycan – Norveç matçının hakimini yaxından tanıyaq[/b]
13.11.2014 - 15:17
[b] Azərbaycan – Norveç matçının hakimini yaxından tanıyaq[/b]

Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bazar günü Norveçlə oyununu idarə edəcək Yevgeni Aranovski 2011-ci ildən FİFA referisidi. Apasport.az saytının xəbərinə görə, UEFA-nın IV dərəcəli kateqoriyasından II-yə kimi yüksələn ukraynalı hakim III dəfə Norveç təmsilçilərinin görüşünü idarə edəcək.

 

Onun skandinaviyalılarla ilk görüşü 2012-ci ilin iyunun 12-nə təsadüf edib. Bu, 21 yaşadək futbolçular arasında keçirilən seçmə mərhələnin Norveç – İslandiya görüşü olub. Həmin matçda meydan sahibləri 2:1 hesabı ilə qalib gəliblər.

 

İkinci belə görüş ötən mövsüm Avroliqanın qrup mərhələsi çərçivəsində baş tutub. Bakı  “İnter”ini bu turnirdən uzaqlaşdıran Norveçin “Tromse” klubu ötən ilin noyabrın 28-də “Tottenhem”i qəbul edib. Bu matçda London təmsilçisi 2:0 hesablı qələbə qazanıb.

 

38 yaşlı referi cari mövsüm Avroliqanın qrup mərhələsində 2 oyun idarə edib. O, eləcə də “Qarabağ”ın bu turnirdəki rəqibi “Sent-Etyen”in “Karabükspor”la pley-off matçında fit çalıb. Məhz bu matçdan sonra Fransa təmsilçisi oyunsonrası penaltilərlə qrupa adlamışdı. Azərbaycan – Norveç oyunu Bosniya və Herseqovina – Kipr (1:2) qarşılaşmasından sonra Aranovskinin əsas millilərin seçmə matçları arasında ikinci belə görüşü ünvanına sahib çıxacaq.

 

Qeyd edək ki, millimizin Norveçlə oyunu saat 21:00-da başlayacaq. Görüş “Bakcell Arena”da keçiriləcək.