“Real”ın baş məşqçisi Zinəddin Zidan futbolçularına istirahət vermək fikrindədi. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, fransalı mütəxəssis həftəsonu La Liqanın XXXVI turu çərçivəsində “Barselona” ilə matça ehtiyat qüvvə ilə çıxmağı planlaşdırır.
Mayın 26-da “Liverpul”la keçiriləcək Çempionlar Liqasının final qarşılaşmasını düşünən Zidan aparıcı oyunçuların zədələnmələrindən ehtiyatlanır. Həmkarlarımız onun Kriştianu Ronaldo, Serxio Ramos, Keylor Navas, Marselo və Luka Modriçi “El-Klasiko”ya aparmaq istəmədiyini iddia ediblər. Üstəlik, Dani Karvahal və Rafael Varan da zədədən əziyyət çəkir. Lakin “kral klubu”nun çalışdırıcısı hələ yekun qərarını verməyib.
Qeyd edək ki, “Barselona” – “Real” matçı mayın 6-da “Nou Kamp”da keçiriləcək.