[b]“Tuluza” Liqa1-də qaldı[/b]
28.05.2018 - 01:48
Fransa çempionatında Liqa1-də qalmaq uğrunda pley-off başa çatıb. Apasport.az saytının məlumatına görə, “Ayaçço” ilə cavab oyununda 1:0 hesabı ilə qalib gələn “Tuluza” yüksək liqada yerini qoruyub.
Eyniadlı şəhəri təmsil edən bu komanda səfərdəki ilk matçda da qalib gəlmişdi – 3:0.
Bununla da Liqa1-i yalnız iki komanda – “Mets”lə “Trua” tərk edib. Onları yeni mövsümdə “Reyms” və “Nim” əvəz edəcək.
- "Beşiktaş"ın Nunyez planı gözləyir
- Messi bu il də MLS Ulduzlar oyununu buraxacaq – Cəza tətbiq olunmayacaq
- "Real" Diomande ilə razılığa gəldi – PSJ mübarizədən çəkilmir
- "Fənərbaxça"dan transfer iddialarına cavab – Klub iki xəbəri təkzib etdi
- Mourinyonun "toxunulmaz" oyunçuları – Arda Gülər də siyahıda
0
0