[b]"Bavariya" itkilərlə başlayır[/b]
15.04.2015 - 22:26
Bu gün Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Bavariya” səfərdə “Porto” ilə görüşür. Apasport. az saytının məlumatına görə, Münhen klubu bu vacib qarşılaşmaya bir neçə itki ilə çıxacaq.
Belə ki, zədələri səbəbiylə Davi Alaba, Bastian Şvaynştager, Aryen Robben, Frank Riberi, Xavi Martinez və Benatia komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, tərəflər arasında cavab oyunu gələn həftə keçiriləcək.
mənbə: uefa.com
0
0