"Barselona"da oyun praktikasının azlığından əziyyət çəkən Yasper Sillessen karyerasını Almaniyada davam etdirə bilər. Apasport.az saytının "As"a istinadən məlumatına görə, "Bavariya" onunla yaxından maraqlanır.
Münhen klubu Sillesseni Manuel Noyerin əvəzedicisi qismində görür. Lakin "Barselona" tərəfinin indilik məsələyə müsbət yanaşmadığı bildirilir.
Sillessenin katalon klubu ilə 2021-ci ilə kimi müqaviləsi var. Hollandiyalı qapıçının sərbəst qalma məbləği 60 milyon avro təşkil edir.
Daha öncə "Liverpul", "Atletiko" və "Napoli"nin Yasper Sillessenin xidmətində maraqlı olduğu haqda xəbərlər yayılmışdı.