[b]"Bəlkə də bunu dediyimə görə məni cəzalandıracaqlar"[/b]
25.04.2015 - 19:11
[b]"Bəlkə də bunu dediyimə görə məni cəzalandıracaqlar"[/b]

“Bəzi epizodlarda hakim bizə qarşı düzgün qərarlar qəbul etmədi”. Apasport. az saytının məluamtına görə, bu fikirləri “Xəzər Lənkəran”la “Qəbələ” arasında keçirilən çempionat qarşılaşmasında sonra təşkil edilən mətbaut konfransında cənub təmsilçisinin baş məşqçisi Elbrus Məmmədov səsləndirib.

 

Məmmədov görüş boyu bir sıra  məqamlardan narazı qalıb: Bəzi epizodlarda hakim bizə qarşı düzgün qərarlar qəbul etmədi. Bəlkə də bunu dediyimə görə məni cəzalandıracaqlar. Yaxud da mənim düzgün olduğumu görüb, hakimi cəzalandıracaqlar. Amma bununla heç kim irəli getməyəcək”.

 

Yerli məşqçi belə hadisələrin futbolçulara təsir etdyini düşünür: “Bütün bunlar gənclərə mənfi təsir edir. Elvin Mirzəyevə göstərilən ilk sarı vərəqəyə mütəxəssislər baxıb, qiymət versinlər”.

 

Mənbə: PFL