[b]“Barselona” - son 4 ildə 3-cü “qızıl dubl”[/b]
30.04.2018 - 11:17
İspaniya La Liqasının XXXV turunda səfərdə “Deportivo”nu 4:2 hesabı ilə məğlub edən “Barselona” 25-ci dəfə çempion olub. Apasport.az saytının məlumatına görə, cari mövsümdə həm çempionatı, həm kuboku qazanan katalon klubu “qızıl dubl”unu rəsmiləşdirib.
“Barselona” son 4 mövsümdə artıq 3-cü dəfədi “qızıl dubl”a imza atır. Bununla yanaşı, komanda son 10 ildə 7 dəfə çempionatın qalib olub.
Qeyd edək ki, ümumilikdə, 25 dəfə La Liqanı birinci kimi tamamlayan “Barselona” 30 dəfə isə İspaniya Kral Kubokunun qalibi olub.
0
0