Cüdo üzrə Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmamızın baş məşqçisi Peter Zayzenbaher fevralın 6-7-də Fransanın paytaxtı Parisdə keçiriləcək “Böyük dəbilqə” yarışında güvənəcəyi idmançıları müəyyənləşdirib.
O, ən güclülərin qatılacağı turnirdə əsasən 1 nömrələrə şans verəcək.
Belə ki, avstriyalı mütəxəssis “Böyük dəbilqə”də Orxan Səfərov, İlqar Müşkiyev (hər ikisi 60 kq), Tərlan Kərimov, Hidayət Heydərov (hər ikisi 66 kq), Rüstəm Orucov (73 kq), Əbdülhəqq Rəsullu, Rüstəm Alimli (hər ikisi 81 kq), Ramin Qurbanov, Şahin Qəhrəmanov (hər ikisi 90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq) və Uşanqi Kokauriyə (+100 kq) şans verəcək.
Qeyd edək ki, yarışda ümumilikdə 97 ölkədən 618 cüdoçu mübarizə aparacaq.