Topaz Premyer Liqasının XXII turunun “Zirə” – “Qəbələ” oyununu idarə edəcək Rəvan Həmzəzadə mövsümdə 7-ci çempionat matçına çıxacaq. Apasport.az saytının məlumatına görə, referi arxada qalan 21 turda 6 dəfə baş hakim olub.
Onun idarə etdiyi oyunlarda 2 dəfə meydan sahibləri, 3 dəfə qonaqlar qalib gəlibsə, 1 dəfə heç-heçə qeydə alınmayıb. Son 5 görüşdə 2-dən çox qol vurulmayıb. Daha çox – 3 dəfə 1:0 hesabını qeydə alan Həmzəzadənin baş hakimi olduğu qarşılaşmalarda ümumilikdə 10 top vurulub. Son 4 matçın ilk hissəsi qolsuz bitib.
19 vərəqə göstərən hakim meydan sahiblərini 9 sarı, 1 qırmızı, qonaqları 9 xəbərdarlıqla cəzalandırıb.
Həmzəzadə hər iki komandanın yalnız bir görüşündə fit çalıb. Həm “Qəbələ”, həm də “Zirə” bu referi ilə qələbə qazanıb. Maraqlıdı ki, hər iki komanda səfərdə “Kəpəz”i məğlub edib. Qəbələ təmsilçisi XIX turda 1, zirəlilər II turda 3 cavabsız qola sevinib.
“Kəpəz” – “Zirə” görüşünün baş hakimi hər iki komandaya 1 sarı veribsə, “Kəpəz” – “Qəbələ” qarşılaşmasında meydan sahibləri 1, qonaqlar 2 dəfə cəzalanıb.