[b]AL: Yarımfinalın təyinatları açıqlandı[/b]
24.04.2018 - 14:17
Avropa Liqasında (AL) yarımfinal mərhələsinin ilk oyunlarının hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, UEFA aprelin 26-da keçiriləcək hər iki qarşılaşmanın hakim təyinatlarını açıqlayıb.
Erkən final adlandırılan “Arsenal”la “Atletiko”nun ilk dueli fransızlara həvalə edilib. Londondakı matçda Klemen Turpin ədalət təmsilçisi olacaq. Həmin gün baş tutacaq “Marsel” – “Zalsburq” qarşılaşmasını isə şotlandiyalı Villiam Kollum idarə edəcək.
Qeyd edək ki, aprelin 26-da keçiriləcək oyunlar Bakı vaxtı ilə 23:05-də başlayacaq.
0
0