[b]Həyatın hər üzünü görən futbolçular: Səfalətdən əsalətə - FOTOSESSİYA[/b]
05.10.2016 - 00:16
[b]Həyatın hər üzünü görən futbolçular: Səfalətdən əsalətə - FOTOSESSİYA[/b]

Bu gün geniş maddi imkanlara sahib olan insanların bəziləri doğuşdan bu qədər şanslı olmurlar. Buna baxmayaraq təslim olmayan və hər şeyi əməyi ilə sıfırdan qazanan adamlar da var. Bunların arasında ən çox diqqət çəkənlər futbolçulardı.

 

Apasport.az saytı həyatı yoxsulluq və səfalət içində başlayan, ancaq bu gün maddi imkanları ilə zirvədə olan futbolçulardan ibarət 10 nəfərlik siyahı hazırlayıb.

 

10. Luis Suarez (Uruqvay, "Barselona")

 

VfL Borussia Moenchengladbach v FC Barcelona - UEFA Champions League

 

Çətin bir uşaqlıq dönəmi keçirən uruqvaylı oyunçu futbola yalın ayaqla başlayıb. Üstəlik 12 yaşında atası tərəfindən də tərk edilən Suarez həyatda dik durmağı bacarıb. Çətin dövrlər keçirən Luis indi “Barselona” vazkeçilməz oyunçularından biridir. Sərvəti isə milyonlarla ölçülür.

 

9. Luka Modriç (Xorvatiya, "Real")

 

FBL-EUR-C1-DORTMUND-REAL-MADRID

 

Xorvatiya müstəqillik üçün savaşdığı zamanlarda sadəcə 5 yaşında olan Modriç müharibənin düz ortasında qalmışdı. Uşaqlığı mühacir düşərgələrində keçən futbolçu avtodayanacaqlarda futbol oynadığı günlərdən bu günlərə keçiş elədi. Dünya nəhəngi “Real”ın kilid oyunçularından biri olan Luka ideal yarımmüdafiəçi göstəricilərinə malik oyunçuların başında gəlir.

 

8. Karlos Teves (Argentina, "Boka Xuniors")

 

FBL-LIBERTADORES-BOCA-NACIONAL

 

Argentinanın təhlükəli bölgələrindən birində yetişən və çətin uşaqlıq dövrü keçirən Tevesin böyüdüyü məhəllə kriminal hadisələrin sıx-sıx baş verdiyi ərazi idi. Hətta ulduz oyunçunun ağzındakı əyrilik uşaq vaxtı qarışdığı bir dava nəticəsində meydana gəlib. Futbola belə çətin şərtlər altında gəlsə də, istedadı onu zirvəyə daşıya bildi. Mançester şəhərinin iki böyük klubunu bir-birinə düşmən edən Teves bugünlərdə sərvəti ilə tanınan oyunçulardan biridir.

 

7. Kristiano Ronaldo (Portuqaliya, "Real")

 

Borussia Dortmund v Real Madrid CF - UEFA Champions League

 

Dünyanın ən güclü iki futbolçusundan biri olan portuqaliyalı kiçik bir otağı 3 qardaşı ilə bölüşən və oyuncaqlardan məhrum bir uşaqlıq keçirib. “Sportinq”də başladığı karyerasında pillələri çox sürətlə çıxdı və bu gün dünyanın ən önəmli futbolçularından biridir.

 

6. Aleksandr Qleb (Belarus)

 

FBL-EUR-C1-ROMA-BATE

 

Çernobıl qəzasının baş verdiyi ərazidə doğulub-böyüyən Aleksandrın uşaqlığı da ideal şərtlərdə keçməyib. Atasının vəzifəsi zərər görmüş evləri sökmək olan belaruslu oyunçu köhnə ayaqqabları ilə başladığı futbolçuluq karyerasında “Arsenal” və “Barselona”ya qədər yüksəlməyi bacardı.

 

5. Dani Alves (Braziliya, "Yuventus")

 

FBL-EUR-C1-DINAMO ZAGREB-JUVENTUS

 

Uşaqlığında səhər saat 4 radələrində oyanan Dani bəzən 40 dərəcə istidə atasına kömək edirdi. Beton bir yataqda yatmağına baxmayaraq, heç nəyə fikir vermədən həyatını davam etdirirdi. “Sevilya” ilə başlayan ulduzluq yolunda “Barselona” və “Yuventus” kimi klublarda çıxış etdi. Hazırda dünyanın ən yaxşı cinah müdafiəçilərindən biridir.

 

4. Zlatan İbrahimoviç (İsveç, "Mançester Yunayted")

 

Manchester United v Stoke City - Premier League

 

Malmönün Rozenqard bölgəsində böyüyən Zalatan pis ad çıxarmış ərazidə, çətin şərtlərə baxmayaraq, həyatda qalmağı bacardı. Dağılmış bir ailənin uşağı olan İbrahimoviç uşaq vaxtı velosiped oğurladığını etiraf edib. Müasir futbolda oynamadığı nəhəng klub, qazanmadığı kubok qalmayan Zlatan indi də “Mançester Yunayted”in uğurları üçün tər tökür.

 

3. Neymar (Braziliya, "Barselona")

 

RC Celta v FC Barcelona - La Liga

 

Babasının evində anası, atası və bacısı ilə birlikdə bölüşdüyü dar bir otaqdan bugünlərə gəlib Neymar. “Barselona”nın dillərə dastan hücum triosunda vazkeçilməz halqalardan biridir. Tarixdəki yeri indidən hazırdı.

 

2. Aleksis Sançez (Çili, "Arsenal")

 

Arsenal FC v FC Basel 1893 - UEFA Champions League

 

Uşaqlıq illərinin böyük bir bölümünü atasız olaraq keçirən Aleksis işlərində anasına kömək edirdi. Maşın yuyaraq həyatını təmin edən futbolçu “Barselona”dakı çıxışından sonra bugünlərdə “Arsenal”ın ən önəmli silahlarından biridir.

 

1. Frank Riberi (Fransa, "Bavariya")

 

Club Atletico de Madrid v FC Bayern Muenchen - UEFA Champions League

 

Fransanın kasıb bölgələrində yoxsulluqla boğuşan bir uşaqlıq keçirən Riberi gəncliyində inşaat işçisi olub. Ulduzu “Qalatasaray”da parlayan, daha sonra “Marsel”, ardınca isə “Bavariya”da çıxış edən yarımmüdafiəçi dünyanın ən önəmli ulduzlarından biridir.

 

Hazırladı: Zaur XUDİYEV

0