[b]Millətlər Liqası: Yığmamız haqda nə düşünürlər?[/b]
01.05.2018 - 10:00
[b]Millətlər Liqası: Yığmamız haqda nə düşünürlər?[/b]

Bu ilin payızında start götürəcək UEFA Millətlər Liqası ilə bağlı ehtimallar açıqlanıb. Apasport.az saytının məlumatına görə, dünyanın aparıcı statistika ekspertləri yığmaların sön dövrlərdəki nəticələrinin təhlili sayəsində komandaların şanslarını müəyyənləşdirib.

 

Mütəxəssislər yarışın qalibi adına ən real namizəd Almaniyanı hesab edir. İspaniyanı 2-ci, Portuqaliyanı 3-cü görən ekspertlər aşağı liqalar barədə də mülahizələr irəli sürüblər.

 

Azərbaycan millisinin çıxış etdiyi D liqası da istisna deyil. Qurban Qurbanovun yetirmələrinin mübarizə aparacağı III qrupda qalib olub, pley-offda D liqasının digər qrup birincilərini üstələyəcəyinə ümidlər bəslənilsə də, mütəxəssislər fərqli düşünür. Onlar AVRO-2020-nin final mərhələsinə yeganə vəsiqə uğrunda mübarizəni III qrupun başqa komandasının aparacağını fikirləşir.

 

Mülahizələr cədvəlində qrupun hər komandasının istənilən yeri tutmaq ehtimalının faizi əks olunub. Azərbaycan millisi püşkdə 1-ci səbətdə yer alsa da, qrup qalibi adına ən real namizəd Kosovo hesab edilir. Balkanlıların 1-ci yer şansı 37,86 faizlə dəyərləndirilir. Yığmamız isə onlardan 3,73 faiz geri qalır. Komandamız Farer adalarından az qala 2, Maltadan təxminən 4 qat şanslı hesab olunur. Qurbanovun yetirmələrini Kosovodan sonra 2-ci görən mütəxəssislər Farer adalarını 3-cü hesab edirsə, Maltanı aşkar autsayder sayır.

 

Qeyd edək ki, bu ehtimallar Azərbaycan yığmasını AVRO-2020-nin seçmə mərhələsinin püşkatmasında 5-ci səbətdə yer alması ilə nəticələnəcək.

 

UEFA Millətlər Liqası

D liqası

III qrup

 

1-ci yer (faizlə)

1. Kosovo – 37,86

2. Azərbaycan – 34,13

3. Farer adaları – 18,86

4. Malta - 9,15

 

2-ci yer (faizlə)

1. Kosovo – 29,65

2. Azərbaycan – 29,53

3. Farer adaları – 24,27

4. Malta - 16,55

 

3-cü yer (faizlə)

1. Farer adaları – 30,10

2. Malta - 27,57

3. Azərbaycan – 21,92

4. Kosovo – 20,41

 

IV yer (faizlə)

1. Malta - 46,73

2. Farer adaları – 26,77

3. Azərbaycan – 14,42

4. Kosovo - 12,08