Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qəbələ” – “İnter” matçını idarə edəcək Ömər Paşayev mövsümdə 11-ci oyununa çıxacaq. Apasport.az saytının məlumatına görə, FİFA referisi bunadək 9 çempionat və 1 kubok oyununda baş hakim olub.
Onun idarə etdiyi matçlar meydan sahibi olan komandanın üstünlüyü ilə keçib. Paşayev evdə oynayanların 6 qələbə, 2 heç-heçə və 2 məğlubiyyətinə şahidlik edib. Qonaqların lehinə 1 penalti qərarı verən hakim qırmızı vərəqədən istifadə etməyib. Onun göstərdiyi 38 “sarı”dan 21-ni qonaqlar, 17-ni meydan sahiblərinə verilib.
Paşayevin yolları “İnter” və “Qəbələ”nin hərəsi ilə iki dəfə kəsişib. Bu matçlarda komandalar məğlubedilməz olub. Sonuncular “Zirə”ni 1:0 hesabı ilə məğlub edib, AZAL-la bərabərə qalıb – 1:1. Bakılılar isə “Kəpəz” (2:2) və “Sumqayıt”la (3:1) görüşlərdə 4 xal əldə edib.
Bu matçlarda qəbələlilər 3, rəqibləri 6 sarı vərəqə ilə cəzalanıb. “İnter” 3, onlarla qarşılaşan komandalar 10 dəfə xəbərdarlıq görüb. Paşayevin yeganə penaltisi də Zaur Svanadzenin komandasının qapısına təyin edilib.