[b]Premyer Liqa: IV turun təqvimi açıqlandı[/b]
05.09.2017 - 18:25
[b]Premyer Liqa: IV turun təqvimi açıqlandı[/b]

Azərbaycan Premyer Liqasında IV turun oyun cədvəli müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu həftəsonu turun 3 qarşılaşması baş tutacaq.

 

Belə ki, “Qarabağ” Çempionlar Liqasında iştirak etdiyindən, Peşəkar Futbol Liqası Ağdam klubunun “Səbail”lə görüşünü təxirə salıb.

 

Əvvəlcə şənbə günü “İnter” “Kəpəz”i, “Qəbələ” də “Zirə”ni qəbul edəcək. Sentyabrın 10-da isə “Neftçi” “Sumqayıt”la səfərdə üz-üzə gələcək.
 

 

Azərbaycan Premyer Liqası

IV tur

 

9 sentyabr (şənbə)
17:00. “İnter” – “Kəpəz”
“İnter Arena”


20:30. “Qəbələ” – “Zirə”
Qəbələ şəhər stadionu

10 sentyabr (bazar)
19:00. “Sumqayıt” – “Neftçi”

“Kapital Bank Arena”

 

Qeyd edək ki, “Qəbələ” – “Zirə” və “Sumqayıt” – “Neftçi” oyunu “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

0