“Qəbələ”nin baş məşqçi postundan ayrılan Roman Qriqorçuk bu komandaya 159 oyunda rəhbərlik edib. Apasport.az saytının məlumatına görə, 2015-ci ildən “qırmızı-qaralar”ı çalışdıran ukraynalı çalışdırıcı 37 ayda 108 çempionat, 19 kubok və 32 avrokubok matçında iş başında olub.
Komandası ilə 75 qələbə qazanan Qriqorçuk 41 heç-heçə görüb, 43 dəfə məğlubiyyət acısı yaşayıb. Onun yetirmələri 240 qol vurub, 148-ni buraxıb.
2015-ci il fevralın 1-də “Bakı” üzərində səfərdəki 2:0 hesablı qələbəsi ilə işə başlayan ukraynalı 2018-ci il mayın 28-də “Keşlə”yə 0:1 hesablı yenilgi ilə postundan gedib.
Qeyd edək ki, Qriqorçuk komandası ilə Premyer Liqada iki gümüş (2016/17, 2017/18), iki bürünc (2014/15, 2015/16) medal qazanıb, ölkə kubokunda iki dəfə (2016/17, 2017/18) finalçı olub. Onun yetirmələri iki dəfə (2015/16, 2016/17) Avropa Liqasında qrupa düşüb.
turnir |
O |
Q |
H |
M |
T/F |
X |
Premyer Liqa |
108 |
55 |
30 |
23 |
162-86 |
195 |
Azərbaycan kuboku |
19 |
11 |
4 |
4 |
43-19 |
37 |
Avropa Liqası |
32 |
9 |
7 |
16 |
35-43 |
34 |
Cəmi |
159 |
75 |
41 |
43 |
240-148 |
266 |