[b]"El-Klasiko"larda ən çox kim qol vurub?[/b]
07.05.2018 - 10:23
[b]"El-Klasiko"larda ən çox kim qol vurub?[/b]

"Real"ın hücumçusu Kriştiano Ronaldo ötən gecə oynanılan "El-Klasiko"da komandasının bərabərlik qoluna imza atıb. Apasport.az saytının məlumatına görə, bu, portuqaliyalı futbolçunun karyerası ərzində "Barselona"ya qarşı meydana çıxdığı matçlarda vurduğu 18-ci qoldu.


Ronaldo bu göstərici üzrə Madrid klubunun sabiq oyunçusu Alfredo Di Stefanoya çatıb. Onlar birlikdə ikinci pilləni bölüşürlər.


"El-Klasiko" tarixində ən çox fərqlənən futbolçu isə "Barselona"nın hücumçusu Lionel Messidi - 25 qol.