[b]"Hər an vəziyyət dəyişə bilər" - Poqbadan ayrılıq siqnalı[/b]
02.04.2018 - 14:29
[b]"Hər an vəziyyət dəyişə bilər" - Poqbadan ayrılıq siqnalı[/b]

“Mançester Yunayted”in futbolçusu Pol Poqba komandadakı gələcək taleyi ilə bağlı açıqlama verib. Apasport.az saytı İngiltərə mətbuatına istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçi əsas heyətdə yerini itirməkdən məmnun deyil.

 

Ulduz futbolçu mövsümün sonunda “qırmızı şeytanlar”la yollarını ayıracağını istisna etməyib: “İlk “11-liy”i mən müəyyənləşdirmirəm. Əgər əsas heyətdə az forma şansı qazandığım barədə maraqlanırsınızsa, bunu baş məşqçidən soruşmalısınız. Daha əvvəl heç vaxt bu qədər ehtiyatda oturmamışdım. Lakin Joze Mourinyonun bu qərarına hörmətlə yanaşıram. Klubdan ayrılmağım haqda danışmaq hələ tezdi. Ancaq müasir futbolda hər an vəziyyət dəyişə bilər”.

 

Qeyd edək ki, Pol Poqba bu mövsüm “Mançester Yunayted”in heyətində 28 oyuna çıxıb.