[b]"İnter"də yeni futbolçu[/b]
23.08.2017 - 00:01
İtaliyanın “İnter” klubu daha bir futbolçu ilə anlaşıb. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, "neradzurra" "Valensiya"nın müdafiəçisi Joao Kanselunu heyətinə qatıb.
Milanlılar La Liqa klubunun üzvünü icarəyə götürüblər. Razılaşmaya əsasən, 23 yaşlı futbolçu 1 il "İnter"in formasını geyinəcək.
Qeyd edək ki, "Benfika"nın yetirməsi olan Kanselu Portuqaliya yığmasının da şərəfini qoruyur. O, ötən ildən dəvət aldığı millidə 5 oyunda 3 qola imza atıb.
0
0