“Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayevlə söhbətimiz olub. Klubun idman-direktoru vəzifəsini bundan sonra mən yerinə yetirəcəm”. Bu sözləri apasport.az saytına açıqlamasında futbol mütəxəssisi Vəli Qasımov deyib.
“Neftçi”nin idman-direktoru vəzifəsinə rəsmən gətirildiyini təsdiqləyən Qasımov işinin nədən ibarət olacağını hələ bilmir.
O, buna tezliklə aydınlıq gələcəyini deyib: “İşimin konkret nədən ibarət olacağından xəbərdar deyiləm. Bundan əlavə, yeni işimə nə vaxtdan başlayacağımı da bilmirəm. Düzdü, aramızda razılıq əldə olunub. Amma detalları müzakirə etməmişik. Sabah “Neftçi” – “Qəbələ” oyununda Çingiz müəllimlə yenidən görüşəcəm. Bundan sonra bütün məsələlərə aydınlıq gələcək”.
Qeyd edək ki, Qasımov əvvəllər 19 yaşadək futbolçulardan ibarət milli komandanın baş məşqçisi, əsas yığmanın isə köməkçi-məşqçisi vəzifələrini yerinə yetirib.