“Liverpul”un marağına baxmayaraq, “Roma” qolkiperi Alisson Bekeri komandada saxlamaq niyyətindədi. Apasport.az saytının “Guardian”a istinadən məlumatına görə, paytaxt klubu bu səbəbdən braziliyalıya olduqca yüksək transfer qiyməti qoyub.
“Roma” Alisson qarşılığında minimum 90 milyon avro tələb edir. “Liverpul” “Roma”ya rəsmi təklif göndərməsə də, tərəflər artıq müzakirələrə başlayıblar.
Alissonun klubu ilə olan müqaviləsi 2021-ci ilin iyun ayında başa çatır. “Roma” 25 yaşlı qolkiperin məvacibini qaldırmağa hazırdı.
Daha öncə Madrid “Real”ının da Alisson Bekerlə maraqlandığına dair xəbərlər yayılmışdı.