[b]"Liverpul" Salahın təzminat qiymətini artırır[/b]
28.03.2018 - 20:30
[b]"Liverpul" Salahın təzminat qiymətini artırır[/b]

"Liverpul" rəhbərliyi komandanın aparıcı oyunçularından olan Məhəmməd Salahla yeni müqavilə imzalamaq niyyətindədi. Apasport.az saytı "Don Balon" nəşrinə istinadən xəbər verir ki, "mersisaydlılar" misirli futbolçunun təzminat qiymətini 200 milyon avroya yüksəltmək arzusundadı.

 

Danışıqlar baş tutsa, Salahın İngiltərə klubundakı maaşı da artırılacaq. 26 yaşlı hücumçunun bu təklifə qarşı çıxmayacağı bildirilir.

 

Qeyd edək ki, əvvəllər "Çelsi" və "Roma"da da oynamış Məhəmməd Salah ötən ildən "Liverpul"un formasını geyinir.