[b]"Liverpul"la oyun öncəsi "Roma"da zədə problemi[/b]
27.04.2018 - 17:54
"Roma"nın iki oyunçusu komandanın son məşqi zamanı sıradan çıxıb. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, Kevin Strotman və Dieqo Perotti zədələnib.
Strotman topuğundan zədə alıb, Perottinin isə qabırğasında problem var. Hər iki futbolçu həftə sonu oynanılacaq "Kyevo" matçında meydana çıxmayacaq.
Strotman və Perottinin "Liverpul"a qarşı cavab matçında meydana çıxıb-çıxmayacağı sual altındadı.
0
0