[b]"Mançester Siti"də Aquero problemi[/b]
30.03.2018 - 20:06
"Mançester Siti" İngiltərə çempionatının XXXII turu çərçivəsində "Everton"la keçiriləcək oyuna itki ilə çıxacaq. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, "şəhərlilər" Serxio Aqueronun xidmətindən yararlana bilməyəcəklər.
Buna səbəb 29 yaşlı hücumçunun zədəsini tam sağaltmamasıdı. Buna görə də, Aqueronun adı matçın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, "Everton" - "Mançester Siti" matçı sabah baş tutacaq.
0
0