[b]"Mançester Yunayted" "Real" və "Barselona"nı qabaqladı[/b]
10.05.2018 - 18:50
"Brand Finance" agentliyi ən dəyərli futbol klubu brendlərinin yeni siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, reytinq cədvəlinə "Mançester Yunayted" (1,895 milyard dollar) başçılıq edir.
"Real" 1,573 milyard dollarlıq dəyəri ilə yalnız "qırmızı şeytanlar"dan geri qalır, "Barselona" (1,511 milyard) isə üçüncüdü.
"İlk onluq"da sıralamanın davamı belədi: "Bavariya" (1,406 milyard), "Mançester Siti" (1,331 milyard), "Liverpul" (1,204 milyard), "Çelsi" (1,195 milyard), "Arsenal" (1,083 milyard), PSJ (913 milyon), "Tottenhem" (764 milyon).
0
0