[b]"Mançester Yunayted"dən Vidala təklif[/b]
28.03.2018 - 21:47
[b]"Mançester Yunayted"dən Vidala təklif[/b]

"Bavariya"nın futbolçusu Arturo Vidal karyerasını İngiltərədə davam etdirə bilər. Apasport.az saytı "Bild" nəşrinə istinadən xəbər verir ki, çilili yarımmüdafiəçi ilə "Mançester Yunayted" yaxından maraqlanır.

 

"Mankunianlar" bu keçidi mövsümün sonunda rəsmiləşdirmək arzusundadılar. Premyer Liqa klubu Vidalın transferini həyata keçirmək üçün 48 milyon avro xərcləməyə hazırdı.

 

"Bavariya" rəhbərliyi bu təklifə hələ ki, cavab verməyib.

 

Qeyd edək ki, Vidal Münhen təmsilçisinə 2015-ci ildə "Yuventus"dan keçib.