[b]"Milan"ı "Yuventus"a dəyişir[/b]
12.05.2018 - 12:31
[b]"Milan"ı "Yuventus"a dəyişir[/b]

"Milan"ın yarımmüdafiəçisi Cakomo Bonaventura karyerasını "Yuventus"da davam etdirə bilər. Apasport.az saytının "Rai Sport"a istinadən məlumatına görə, turinlilərin idman direktoru Fabio Paratiçi bu həftə 28 yaşlı futbolçunun agenti Mino Rayola ilə görüşüb.

 

Danışıqlar zamanı Bonaventuranın "Yuventus"a keçməkdə maraqlı olduğu ortaya çıxıb. "Milan" 25-30 milyon avro qarşılığında onunla yollarını ayırmağa hazırdı.

 

"Arsenal", "Roma" və Dortmund "Borussiya"sı Cakomo Bonaventuranın xidmətində maraqlı olan digər klublardılar.