[b]"Monako"nun üzvü seçim qarşısında[/b]
28.03.2018 - 23:10
[b]"Monako"nun üzvü seçim qarşısında[/b]

"Monako"nun futbolçusu Fabinyonun müştərilərinin sayı artmaqdadı. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçiyə daha bir klub "elçi düşüb".

 

Söhbət PSJ-dən gedir. Parislilər həm orta xətdə, həm də müdafiənin sağ cinahında oynamağı bacaran "sambaçı" ilə danışıqlara start veriblər. Ancaq Liqa-1 təmsilçisi 25 yaşlı futbolçunu transfer etmək üçün rəqabətdən qalib ayrılmalıdı. Belə ki, Fabinyonun xidmətində "Mançester Yunayted", "Mançester Siti" və "Atletiko" klubları da maraqlıdı.

 

Qeyd edək ki, 2015-ci ildən "Monako"nun formasını geyinən Fabinyo elə həmin ildən Braziliya yığmasına dəvət alır.