[b]"Neftçi" səfərdə "İnter"ə qalib gəldi[/b]
07.05.2015 - 20:25
[b]"Neftçi" səfərdə "İnter"ə qalib gəldi[/b]

Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin çempionatında XXIII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, "İnter”öz meydanında “Neftçi”ni qəbul edib. Oyun qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

 

"Xəzər Lənkəran" isə doğma meydanda "Qarabağ"a uduzub - 2:3.

 

Turun üçüncü matçında isə "Qəbələ" "Sumqayıt"a qonaq olub. Bu oyun da qonaq komandanın qələbəsi ilə başa çatıb – 1:2

 

Əvəzedicilərin çempionatı, XXIII tur

 

“Sumqayıt” - “Qəbələ” - 1:2
Qollar: Elmin Ağayev, 7, - Elnur Mustafazadə, 49, Ramil Həsənov, 60, 

 

“Xəzər Lənkəran” - “Qarabağ” - 2:3
Qollar: Zaman Mirzəzadə, 65, Hüseyn Xəlilzadə, 90+4 - Elvin Turabov, 40, Fuad Kərimli, 46, İlham Mirzəyev, 55

 

“İnter” - “Neftçi” - 1:3
Qollar: Dieqo Madriqal, 75 - Cavid Muxtarzadə, 6, Mirabdulla Abbasov, 58, Fəhmin Muradbəyli, 89 (pen.)