[b]"Neftçi"nin sabiq futbolçusu vəfat etdi[/b]
14.10.2016 - 15:14
[b]"Neftçi"nin sabiq futbolçusu vəfat etdi[/b]

"Neftçi”nin veteran futbolçusu Aleksandr Syomin vəfat edib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 1943-cü il avqustun 9-da Bakıda anadan olmuş Syomin 73 yaşında Moskvada dünyasını dəyişib.

 

Syomin 1963, 1967-1972-ci illərdə "Neftçi”nin heyərində 94 oyunda meydana çıxıb. O, SSRİ yığmasında 1 oyun keçirib.

 

"Neftçi” rəsmi saytı vasitəsilə Syominin vəfatı ilə bağlı başsağlığı verib.