[b]"Neymar 2-3 həftəyə qayıtmalıdı"[/b]
31.03.2018 - 01:08
[b]"Neymar 2-3 həftəyə qayıtmalıdı"[/b]

PSJ-nin baş məşqçisi Unai Emeri komandanın futbolçusu Neymar haqda danışıb. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, o, braziliyalı hücumçunun zədəsini sağaltması prosesinə toxunub.

 

Fevralda zədə alan Neymar daha sonra əməliyyat olunmaq məcburiyyətində qalmışdı. Emeri "sambaçı"nın növbəti ayda sıraya dönəcəyini bildirib: "Neymarla danışdım. Hazırda özünü yaxşı hiss edir. 2-3 həftəyə sıraya dönməlidi".

 

Qeyd edək ki, Neymar PSJ-nin heyətində cari mövsümdə ümumilikdə 30 oyunda meydana çıxıb və aktivinə 28 qol, 16 assist yazdırıb.