[b]"Qalatasaray" final qapısını araladı[/b]
30.04.2015 - 23:51
[b]"Qalatasaray" final qapısını araladı[/b]

Türkiyə kubokunda yarımfinal mərhələsinin ikinci görüşü baş tutub. Apasport.az saytı xəbər verir ki, “Qalatasaray” ilk qarşılaşmada  “Sivasspor” üzərində böyükhesablı qələbə qazanıb.

 

 

Oyunun əvvəlində hesabda geri düşən “cimbom” sonradan vurduğu 4 topla yarımfinal matçının cavab qarşılaşması öncəsi böyük üstünlük əldə edib.

Qeyd edək ki, yarımfinalın digər oyununda “Fənərbaxça” səfərdə “Bursaspor”a aman verməyib (1:2).

 

 

Türkiyə kuboku

Yarımfinal görüşü

İlk oyun

 

“Qalatasaray” – “Sivasspor” –  4:1

Qollar: Con Utaka, 9 - Səbri Sarıoğlu, 32; Felipe Melo, 35; Sneyder, 64; Səlçuq İnan, 77 (pen.)