[b]"Qarabağ" - "Dnepr" matçının hakimləri müəyyənləşdi[/b]
03.11.2014 - 14:53
[b]"Qarabağ" - "Dnepr" matçının hakimləri müəyyənləşdi[/b]

Avropa Liqasının qrup mərhələsində IV turu çərçivəsində noyabrın 6-da keçiriləcək "Qarabağ" - "Dnepr" matçının hakimləri müəyyənləşib. Apasport.az xəbər verir ki, oyun polşalı hakimlər briqadasına tapşırılıb.

 

Matçda ədaləti Pavel Qil qoruyacaq. Ona yan xətt hakimləri Pyotr Sadçuk və Martsin Borkovski kömək edəcəklər.

 

Qarşılaşmanın dördüncü hakimi isə Korad Sapela olacaq.

 

21:00. “Qarabağ” (Azərbaycan) – “Dnepr” (Ukrayna)

Baş hakim: Pavel Qil

Baş hakimin köməkçiləri: Pyotr Sadçuk, Martsin Borkovski

Əlavə köməkçi hakimlər: Pavel Raçkovski, Kjiştof Yakubik

Dördüncü hakim: Konrad Sapela

Hakim-inspektor: Vladimir Antonov (Moldova)

Bakı. T. Bəhramov adına Respublika stadionu