"Qarabağ" Azərbaycan futbol tarixində daha bir ilkə imza atıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycanın idman şərəfini Avropada layiqincə təmsil edən "Qarabağ" dünyaca məşhur "Konami" şirkətinin diqqətini cəlb edib.
"Konami" şirkəti hər il olduğu kimi, bu il də öz məhsulu olan Pro Evolution Soccer 2015 (PES) oyununa bir neçə yeni klub daxil edib. Həmin klublardan biri də "Qarabağ"dı.
Klubla rəsmi şəkildə əməkdaşlıq edən şirkət dünən PES 2015 adlı futbol oyununu istifadəyə verib. Hər kəs bu oyunda "Qarabağ"ı seçməklə futboldan zövq ala bilər.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı