[b]Prosineçki "Qarabağ"ın 7 futbolçusuna dəvət göndərdi[/b]
01.10.2016 - 18:28
[b]Prosineçki "Qarabağ"ın 7 futbolçusuna dəvət göndərdi[/b]

"Qarabağ"ın 7 futbolçusu milli komandaya dəvət edilib. Apasport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında yazılıb.

 

Ağdam klubunun 7 oyunçusu DÇ-2018-in seçmə mərhələsində Çexiya və Norveçlə matçlarda iştirak hüququ qazanıblar. Bunlar kapitan Rəşad Sadıqov, həmçinin Bədavi Hüseynov, Maksim Medvedev, Arif Daşdəmirov, Qara Qarayev, Rahid Əmirquliyev və Namik Ələsgərovdu. Adıçəkilən oyunçular oktyabrın 3-dən etibarən milli komandanın düşərgəsinə qoşulacaqlar.

 

Qeyd edək ki, millimiz oktyabrın 8-də Norveçlə evdə, 11-də isə Çexiya ilə səfərdə qarşılaşacaq.

0