[b]"Qarabağ"ın oyununu “casus” izlədi[/b]
14.09.2014 - 16:11
Dünən Topaz Premyer Liqasında keçirilən AZAL - "Qarabağ" oyununu “casus” izləyib. Apasport.az saytının məlumatına görə, bu, Avropa Liqasının qrup mərhələsində Ağdam klubunun rəqiblərindən olan "Sent-Etyen"in məşqçisi Alen Blakondur.
Fransa təmsilçisinin məşqçisi “Qarabağ”ın “təyyarəçilər”i 3:0 hesabı ilə məğlub etməsini stadiondan izləyib.
Qeyd edək ki, “Qarabağ” – “Sent-Etyen” oyunu sentyabrın 18-də keçiriləcək. Görüş saat 21:00-da başlayacaq.
0
0