"Düdelanj" (Lüksemburq") səddini keçəcəyi təqdirdə "Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsində rəqibi olacaq "Viktoriya" (Plzen, Çexiya) Avstriyada təlim-məşq toplanışını davam etdirir. Apasport.az saytı xəbər verir ki, Plzan təmsilçisi dünən ikinci yoxlama matçında qüvvəsini sınayıb.
İlk görüşündə Düsseldorf "Fortuna"sı ilə 1:1 hesablı bərabərliyə qalan çexiyalılar bu dəfə Türkiyə təmsilçisi "Başakşehir" üzərində qələbə qazanıb - 1:0. "Viktoriya"nın yeganə qolunu matçın 86-cı dəqiqəsində Krmençik vurub.
Plzen təmsilçisi iyulun 19-da daha bir görüşdə qüvvəsini sınayacaq ki, rəqib Moskva "Lokomotiv"i olacaq.
Xatırladaq ki, "Qarabağ" ilk görüşdə "Düdelanj" üzərində 2:0 hesablı qələbə qazanıb. Komandalar arasında cavab oyunu iyulun 20-də baş tutacaq.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı