Topaz Premyer Liqasının 2014/15 mövsümünün son 2 turu yalnız bürünc medallar baxımından əhəmiyyət kəsb edəcək. Apasport.az saytının məlumatına görə, XXXIV tur ilk 2 pillənin sahibini rəsmiləşdirib.
“Sumqayıt”a 1:0 hesabı ilə qalib gələn “Qarabağ” qızıl, “Qəbələ” ilə matçda 1:1 hesablı heç-heçəylə kifayətlənən “İnter” gümüş medallara sahib çıxıb. Onların hər ikisi ötən mövsümkü nəticəsini təkrarlayıb. Əgər 3-cü olan “Qəbələ” də mövqeyini qorusa, Azərbaycan futbolu tarixində ilk dəfə mükafatçı “üçlüy”ü dəyişməz qalacaq. İlk 2 pillənin dəyişməyəcəyi isə artıq rəsmiləşib. İndiyədək belə hal 1 dəfə yaşanmışdı. 2010/11 və 2011/12 mövsümündə “Neftçi” və “Xəzər Lənkəran” müvafiq olaraq, qızıl və gümüşü ardıcıl 2 dəfə qazanmışdı.
“Qarabağ”ın çempionluğuna gəlincə, ağdamlılar ümumilikdə 3-cü, ardıcıl 2-ci dəfə qızıl qazanıb. Ötən mövsümdə çempion olan komanda ardıcıl 2 dəfə bunu bacaran 4-cü komandadı. Bunadək 2 dəfə “Neftçi” (1995/96, 1996/97 və 2003/04, 2004/05), hərəyə 1 dəfə “Kəpəz” (1997/98, 1998/99) və “Şəmkir” (1999/2000, 2000/01) bunu bacarmışdı. Ardıcıl 3 çempionluq isə yalnız “Neftçi”yə (2010/11, 2011/12, 2012/13) nəsib olub.
“Qarabağ” 3 çempionluqla “Kəpəz”ə çatıb. 8 qızılı olan “Neftçi” isə mütləq rekordçudu. Bu 3 komandadan başqa, “Şəmkir”, “Bakı” və “İnter” hərəyə 2, “Turan”la “Xəzər Lənkəran” hərəyə 1 dəfə Azərbaycanın ən yaxşısı olub.
Hesabında 2 gümüş və 3 bürünc də olan “Qarabağ” 8-ci mükafatını əldə edib. Medal sayında 2-ci olan ağdamlılar yalnız “Neftçi”dən geri qalır. Bakılılar izləyicisini təxminən 2 dəfə üstələyir – 15 medal.
Mükafat sayında 3-cü olan “İnter” 7-ci dəfə “üçlüy”ə düşüb. 2 qızıl, 2 bürüncü olan “bankirlər” 3-cü dəfə gümüş əldə edib. Gümüş sayında yalnız “Xəzər Lənkəran” daha çox ikincilik qazanıb - 4 dəfə.
“İnter” ardıcıl 4-cü dəfə “üçlük”də yer alıb. İki bürüncdən sonra bakılılar 2 gümüş qazanıb. Ardıcıl medal sayında rekord “Neftçi”nindi. 1998/99 mövsümündən 2006/07 mövsümü də daxil olmaqla, hər çempionatda “ağ-qaralar” medal qazanıb. “Kəpəz”lə “Şəmkir” də ardıcıl 4 mövsüm medal qazana bilib. “Qarabağ” isə ardıcıl mükafat sayını bu il 3-ə çatdırdı.
|
mövsüm |
çempion |
II yer |
III yer |
|
1992 |
“Neftçi” Bakı |
“Xəzər” Sumqayıt |
“Turan” Tovuz |
|
1993 |
“Qarabağ” Ağdam |
“Xəzər” Sumqayıt |
“Turan” Tovuz |
|
1993/94 |
“Turan” Tovuz |
“Qarabağ” Ağdam |
“Kəpəz” Gəncə |
|
1994/95 |
“Kəpəz” Gəncə |
“Turan” Tovuz |
“Neftçi” Bakı |
|
1995/96 |
“Neftçi” Bakı |
“Xəzri” Buzovna |
“Kəpəz” Gəncə |
|
1996/97 |
“Neftçi” Bakı |
“Qarabağ” Ağdam |
“Xəzri” Buzovna |
|
1997/98 |
“Kəpəz” Gəncə |
“Dinamo” Bakı |
“Şəmkir” |
|
1998/99 |
“Kəpəz” Gəncə |
“Şəmkir” |
“Neftçi” Bakı |
|
1999/2000 |
“Şəmkir” |
“Kəpəz” Gəncə |
“Neftçi” Bakı |
|
2000/01 |
“Şəmkir” |
“Neftçi” Bakı |
“Viləş” Masallı |
|
2001/02 |
yarımçıq qalıb |
|
|
|
2003/04 |
“Neftçi” Bakı |
“Şəmkir” |
“Qarabağ” Ağdam |
|
2004/05 |
“Neftçi” Bakı |
“Xəzər-Lənkəran” |
“Karvan” Yevlax |
|
2005/06 |
“Bakı” |
“Karvan” Yevlax |
“Neftçi” Bakı |
|
2006/07 |
“Xəzər-Lənkəran” |
“Neftçi” Bakı |
“Bakı” |
|
2007/08 |
“İnter” Bakı |
“Olimpik” Bakı |
“Neftçi” Bakı |
|
2008/09 |
“Bakı” |
“İnter” Bakı |
"Simurq" Zaqatala |
|
2009/10 |
“İnter” Bakı |
“Bakı” |
"Qarabağ" Ağdam |
|
2010/11 |
“Neftçi” Bakı |
“Xəzər-Lənkəran” |
"Qarabağ" Ağdam |
|
2011/12 |
“Neftçi” Bakı |
“Xəzər-Lənkəran” |
“İnter” Bakı |
|
2012/13 |
“Neftçi” Bakı |
"Qarabağ" Ağdam |
“İnter” Bakı |
|
2013/14 |
"Qarabağ" Ağdam |
“İnter” Bakı |
"Qəbələ" |
|
2014/15 |
"Qarabağ" Ağdam |
“İnter” Bakı |
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu postda 2-ci qızılını qazanıb. O, çempionluq sayında Ağasəlim Mircavadov (5), Kazbek Tuayev (4), Mehman Allahverdiyev və Böyükağa Hacıyevdən (hər ikisi 3) sonra 5-cidi. Digərləri isə 1 dəfə qızıl medal əldə edib.
Ümumilikdə isə Qurbanov 6-cı dəfə Azərbaycan çempionu olub. O, futbolçu kimi 1993/94 mövsümündə “Turan”, 1996/97, 2003/04 və 2004/05 mövsümlərində “Neftçi” ilə qızıla yiyələnib. Futbolçu kimi ölkə rekordu isə 11 qat çempion Mahmud Qurbanova məxsusdu.
Lakin gümüş və 2 bürüncü də olan Qurbanov ümumi medal sayında Allahverdiyevə (3 qızıl, 1 gümüş, 2 bürünc) çatıb. Onlar yalnız Mircavadovdan geri qalır – 5 qızıl, 1 gümüş, 1 bürünc.
5-ci medalını qazanan Kaxaber Sxadadzenin hesabında 1 qızıl, 2 gümüş, 2 bürünc var. Legionerlər arasında rekordçu olan mütəxəssis ümumi sıralamada 4-cü yerə şərikdi. Belə ki, Tuayevin də 5 medalı var – 4 qızıl , 1 gümüş.
|
mövsüm |
çempion |
II yer |
III yer |
|
1992 |
Əhməd Ələsgərov |
Sabir Əliyev |
Ruslan Abdullayev |
|
1993 |
Ağasəlim Mircavadov |
Sabir Əliyev |
Ruslan Abdullayev |
|
1993/94 |
Kazbek Tuayev |
Ağasəlim Mircavadov |
Mehman Allahverdiyev |
|
1994/95 |
Mehman Allahverdiyev |
Kazbek Tuayev |
Vaqif Sadıqov |
|
1995/96 |
Kazbek Tuayev |
Nadir Qasımov |
Mehman Allahverdiyev |
|
1996/97 |
Kazbek Tuayev |
Elbrus Abbasov |
Rəşid Özbəyov |
|
1997/98 |
Mehman Allahverdiyev |
Yaşar Abdulov |
Ramiz Kazımov |
|
1998/99 |
Mehman Allahverdiyev |
Asəf Namazov |
Əhməd Ələsgərov |
|
1999/2000 |
Ağasəlim Mircavadov |
Mehman Allahverdiyev |
Şamil Heydərov |
|
2000/01 |
Ağasəlim Mircavadov |
Oqtay Abdullayev |
Qəhrəman Əliyev |
|
2001/02 |
yarımçıq qalıb |
|
|
|
2003/04 |
Kazbek Tuayev |
Qəhrəman Əliyev |
Şahin Diniyev |
|
2004/05 |
Ağasəlim Mircavadov |
Rasim Kara |
Yunis Hüseynov |
|
2005/06 |
Böyükağa Hacıyev |
Yunis Hüseynov |
Ağasəlim Mircavadov |
|
2006/07 |
Ağasəlim Mircavadov |
Qurban Qurbanov |
Böyükağa Hacıyev |
|
2007/08 |
Valentin Xodukin |
Əshər Abdullayev |
Anatoli Demyanenko |
|
2008/09 |
Qyoko Hacievski |
Valentin Xodukin |
Roman Pokora |
|
2009/10 |
Kaxaber Sxadadze |
Cüneyt Biçər |
Qurban Qurbanov |
|
2010/11 |
Arif Əsədov |
Mirça Rednik |
Qurban Qurbanov |
|
2011/12 |
Böyükağa Hacıyev |
Yunis Hüseynov |
Kaxaber Sxadadze |
|
2012/13 |
Böyükağa Hacıyev |
Qurban Qurbanov |
Kaxaber Sxadadze |
|
2013/14 |
Qurban Qurbanov |
Kaxaber Sxadadze |
Yuri Syomin |
|
2014/15 |
Qurban Qurbanov |
Kaxaber Sxadadze |