[b]"Qaret Beylə qapımız hər zaman açıqdır"[/b]
07.05.2015 - 21:50
“Tottenhem”in baş məşqçisi Maurisio Poketinno Qaret Beyl haqqında fikirlər səsləndirib. Apasport.az saytının məlumatına görə, argentinalı mütəxəssis hazırda “Real”da çıxış edən və son günlər haqqında çoxlu söz-söhbətlər dolaşan uelsli futbolçunun istədiyi vaxt “Tottenhem”ə geri dönə biləcəyini bildirib:
“Əgər o artıq özünü Madriddə narahat hiss edirsə bizim qapımız ona hər zaman açıqdır”.
Xatırladaq ki, Beyl “Real”a 2013-cü ildə məhz “Tottenhem”dən 85.3 milyon funt-sterlinq qarşılığında transfer olunmuşdu.
0
0