[b]"Qərəzli olsalar, özlərinə ziyan vuracaqlar" [/b]- Qara Qarayev
26.04.2015 - 09:46
[b]"Qərəzli olsalar, özlərinə ziyan vuracaqlar" [/b]- Qara Qarayev

“Görüşə yaxşı başladıq və ardıcıl 2 qol vurduq. Amma “Neftçi” oyundan qopmadı və hesabı bərabərləşdirdi. Sevinirəm ki, qələbə qolunu vura bildik. Bu uğurda azarkeşlərin rolu da danılmazdı. Onlar bu gün möhtəşəm idilər”. Bu sözləri apasport.az saytına “Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev deyib.

 

Topaz Premyer Liqasının XXXI turunda “Neftçi”ni qəbul edən “Qarabağ” növbəti qələbəsini qazandı. Bununla, Ağdam təmsilçisi əzəli rəqibi ilə cari çempionatda sayca dördüncü duelində də üstünlüyünü əldən vermədi. Matçdan sonra duel haqda danışan yarımmüdafiəçi rəqib haqda da müsbət fikirlər səsləndirib: “Neftçi” haqda ancaq xoş sözlər demək olar. Bu komanda həqiqətən də flaqmandı”.

 

23 yaşlı futbolçu rəqibin ikinci qolu vurduğu epizodda Kaeunun topu meydandan çıxarmamağına da toxunub: “Neftçi”nin ikinci qolu vurduğu epizod zamanı Kaeunun topu auta çıxaracağını gözləyirdik. Amma o, ədalətsizlik elədi. Kardosanın yerdə qaldığını görürdü. Fikirləşdim ki, topu meydandan çıxaracaq, çünki öz komanda yoldaşıdı. Ona görə də dayandım. Şükürlər olsun ki, sonra qələbə topunu vura bildik”.

 

Hakimlərin idarəçiliyi haqda da danışan yarımmüdafiəçi razılığını gizlətmədi: “Onlar haqda çox danışmaq istəmirəm. Hakimlik elədir ki, obyektiv olmağa çalışırlar. İstəmirlər qərəzli qərarlar qəbul etsinlər. Çünki qərəzli olsalar, özlərinə ziyan vuracaqlar”.

 

0