Braziliya yığmasının sabiq futbolçusu Kafu maraqlı açıqlaması ilə diqqət çəkib. Apasport.az saytı xəbər verir ki, keçmiş sağ cinah müdafiəçisi "Real"ın üzvü Daniel Karvahal haqda müsbət fikirlər səsləndirib.
İkiqat dünya çempionu Madrid klubunun uzun müddətdi Karvahal kimi sağ cinah müdafiəçisinə sahib olmadığını vurğulayıb: "O, çox yaxşı futbolçudu. Deyərdim ki, Dani Alveşdən sonra dünyada ən yaxşılardan biridi. Karvahal artıq neçə ildi ki, yüksək səviyyədə çıxış edir. Hücumlara kəsərli qoşulmağı və müdafiədə etibarlı oynamağı bacarır. Uzun müddət idi ki, "Real"ın belə cinah müdafiəçisi yox idi".
Qeyd edək ki, Karvahal La Liqanın cari mövsümündə 18 oyun keçirib.