"Volfsburq" ilk transferini həyata keçirdi
11.05.2015 - 01:13
"Volfsburq" ilk transferini həyata keçirdi

Bundesliqada bu mövsüm gümüş medallara iddialı olan “Volfsburq” gələn mövsüm üçün hazırlıqlarını da davam etdirir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “canavarlar” Münhenqladbax “Borussiya”sının hücumçusu Maks Kruzla anlaşıblar.

 

Mövsümün sonunda azad agent kimi komandaya qoşulacaq Almaniya millisinin də formasını geyinən 27 yaşlı futbolçu ilə 2019-cu ilə qədər müqavilə imzalanıb.

 

Qeyd edək ki, Kruzla “Şalke” də maraqlanırdı.