[b]“Zirə”dən darmadağın, “Böyük oyun”u “Neftçi” qazandı - YENİLƏNİB[/b]
10.04.2016 - 18:25
[b]“Zirə”dən darmadağın, “Böyük oyun”u “Neftçi” qazandı - YENİLƏNİB[/b]

Bu gün Topaz Premyer Liqasında XXIX tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, turun son günündə 2 qarşılaşma baş tutub.

 

Son günün ilk matçında "Zirə" səfərdə "Rəvan"la qarşılaşıb. Autsayder qarşısında özünü çox rahat hiss edən debütant matçdan darmadağınla ayrılıb. Adil Şükürovun yetirmələri rəqibini 4 cavabsız qolla məğlub edib. Oyun həm də salvadorlu hücumçu Nelson Bonillanın benefesi ilə yadda qalıb. Mərkəzi amerikalı oyunçu "het-trik" edərək qollarının sayını 13-ə çatdırıb və bombardirlik yarışında vahid lider olub.

 

Turun bağlanış oyunu isə Lənkəranda baş tutub. Turnir cədvəlinin son 4 pilləsində qərarlaşan “Xəzər Lənkəran”la “Neftçi” “Böyük oyun”da qüvvələrini sınayıblar. 17 turdu qələbə qazanmayan meydan sahibləri uğursuz seriyanı bu dəfə də qıra bilməyib. Matça meydan sahibləri aktiv başlasalar da, Ruslan Qurbanovun qolu ilk hissəni "Neftçi"nin xeyrinə bitməsinə səbəb oldu. İkinci yarıda isə tərəflər bir neçə dəfə cəhd etsələr də, oyunda başqa qol olmadı.

 

Topaz Premyer Liqası

XXIX tur


10 aprel
 

“Xəzər Lənkəran” – “Neftçi” - 0:1

Qol: Ruslan Qurbanov, 41

 

Mövsümün əvvəlki oyunları: 1:1, 0:2, 0:1

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Mahir Məmmədov 
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Füzuli Nəcəfov
“Xəzər Lənkəran” mərkəzi stadionu

 

“Xəzər Lənkəran”: 1. Orxan Sadıqlı, 4. Ruslan Cəfərov, 8. Vüqar Bəybalayev, 10. Tural Qürbətov, 12. İlyas Səfərzadə, 15. Nodar Məmmədov, 16. İbrahim Qədirzadə, 17. Vaquf Güləliyev, 18. Tural Cəlilov (k), 32. Zaman Mirzəzadə, 35. Elfad Baləhmədov
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 6. Asif Mirili, 7. Orxan Səfiyaroğlu, 9. Bayram Budaqov, 41. Hüseyn Xəlilzadə, 44. Yusif Həsənov, 99. Mahsun Qəmbərli
Baş məşqçi: Elbrus Məmmədov

 

“Neftçi”: 53.Maksim Vaylo, 19.Fəhmin Muradbəyli, 95.Elvin Bədəlov, 3.Jairo, 27.Məqsəd İsayev, 8.Elşən Abdullayev, 15.Erik Ramos (k), 20.Anyete, 6.Aylton, 10.Cavid İmamverdiyev, 11.Ruslan Qurbanov

Ehtiyat oyunçular: 1. Aqil Məmmədov, 5. Xuan Alberto Melli, 7. Araz Abdullayev, 17. Rəhman Hacıyev, 9. Nikolas Kanales, 14. Məhəmməd Qurbanov, 18. Elşən Rzazadə 
Baş məşqçi: Vəli Qasımov

 

 

“Rəvan” – “Zirə” - 0:4

Qollar: Luiz Alberto Diez, 16, Bonilla, 52, 57, 90

 

Mövsümün əvvəlki oyunları: 1:2, 1:0, 1:2

Hakimlər: Ramil Diniyev, Namiq Hüseynov, Nahid Əliyev, Ramil Əhmədov 
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Murad Məmmədov
“Bayıl Arena”

 

“Rəvan”: 1. Rəşad Əzizli, 15. Ceyhun Abdullayev, 92. Yamin Ağakərimzadə, 5. Mirkamil Haşımlı, 99. Əziz Hüseynov, 17. Ramazan Abbasov (k), 21. Novruz Məmmədov, 2. Ruslan Tağızadə, 7. Elvin Həsənəliyev, 3. Saşa Yunisoğlu, 4. Kənan Müslümov
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 86. Yasin Həmid, 8. Məmməd Quliyev, 38. Zeki Sinan Akkoyun, 13. Cəmşid Məhərrəmov, 11. Elnur Abdulov, 16. Orxan Lalayev 
Baş məşqçi: Bəhmən Həsənov

 

“Zirə”: 1. Anar Nəzirov, 5. Adil Nağıyev, 39. Sadiq Quliyev, 14. Tellur Mütəllimov, 13. Aleksandr Şemonayev, 11. Viktor İqbekoyi, 32. Luiz Alberto Diez, 19. Nurlan Novruzov, 27. Rəşad Abdullayev (k), 60. Elvin Məmmədov, 9. Nelson Bonilla
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 10. İqor İvanoviç, 17. Nicat Qurbanov, 8. Tərzin Cahangirov, 28. Təmkin Xəlilzadə, 90. Vüsal İsgəndərli, 96. Elgün Nəbiyev 
Baş məşqçi: Adil Şükürov

 

 

Turnir cədvəli

 

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qarabağ

29

20

6

3

53-18

66

2

Zirə

29

16

8

5

38-22

56

3

İnter

29

13

9

7

27-18 

48

4

Kəpəz

29

12

9

8

35-30

45

5

Qəbələ

29

11

10

8

33-24 

43

6

AZAL

29

11

6

12

22-28

39

7

Neftçi

29

10

8

11

28-31

38

8

Sumqayıt

29

6

11

12

30-39

29

9

Xəzər L.

29

3

5

21

12-39

14

10

Rəvan

29

3

8

18

19-48

11

* "Rəvan"ın hesabından 6 xal silinib

 

Bombardirlər: Nelson Bonilla (“Zirə”) – 13, Dani Kintana ("Qarabağ"), Ruslan Qurbanov (“Neftçi”) – 10 qol.

 

0