[b]"Yuventus" Əmrə Canın transferini açıqlamağa hazırlaşır[/b]
12.05.2018 - 13:27
"Liverpul"un yarımmüdafiəçisi Əmrə Can yaxın günlərdə rəsmən "Yuventus"un futbolçusu olacaq. Apasport.az saytının "Corriere dello Sport"a istinadən məlumatına görə, Almaniya millisinin üzvü Çempionlar Liqasının final oyunundan sonra - 27 mayda azad agent kimi Turin klubu ilə müqaviləyə imza atacaq.
Əmrə Canla 5 illik saziş imzalanacağı gözlənilir. Onun yeni iş yerindəki illik qazancı 6 milyon avro olacaq.
Cari mövsümdə İngiltərə Premyer Liqasında 26 matçda meydana çıxan Əmrə Can 3 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0