“Zirə” mövsümün ikinci yarısının hazırlıqlarına bu gün start verib. Apasport.az saytı klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, Bakı Olimpiya Stadionunda (BOS) bir araya gələn komandada ilk olaraq baş məşqçi Ayxan Abbasov mövsümün qalan hissəsi ilə bağlı futbolçularla söhbət edib.
“Zirə”ni qarşıda çətin oyunlar gözlədiyini bildirən Abbasov futbolçulara tövsiyələrini verib. O, həmçinin yeni oyunçuları komandaya təqdim edib və onlara uğurlar arzulayıb.
Yalnız yerli futbolçuların iştirak etdiyi məşqə yeni transferlər də qatılıb. Legionerlər isə bir neçə gündən sonra çalışmalara qoşulacaq. Bakılılar BOS-un ehtiyat meydançasında yüngül məşqlə kifayətləniblər.