[b]AÇ-2024-ə daha bir namizəd[/b]
26.04.2018 - 14:24
2024-cü ildə keçiriləcək Avropa çempionatına ev sahibliyi etmək iddiasında olan daha bir ölkənin namizədliyi təsdiqlənib. Apasport.az saytının məlumatına görə, Türkiyə AÇ-2024-ü qəbul etmək niyyətində olduğunu bəyan etmişdi.
Türkiyə Futbol Federasiyası (TFF) bununla bağlı sənədlərini UEFA-ya təqdim edib. Məsələ ilə əlaqədar İsveçrəyə gedən TFF prezidenti Yıldırım Dəmirörən UEFA-nın baş katibi Teodor Teodoridisə sənədləri verib.
Qeyd edək ki, Türkiyənin bu yarışda rəqibi Almaniya olacaq. AÇ-2024-ün hansı ölkədə keçiriləcəyi isə sentyabrın 27-də açıqlanacaq.
0
0