[b]Adil Şükürovun məğlubiyyət şərhi: Alınmadı![/b]
20.05.2016 - 19:09
[b]Adil Şükürovun məğlubiyyət şərhi: Alınmadı![/b]

“Azarekeşlərə bura gəlib bizi dəstəklədiklərinə görə təşəkkür edirəm. Ağır mövsüm keçirdik. İstəyirdik ki, çempionatı qələbəylə başa vuraq. Ancaq alınmadı. Bundan sonra gələn mövsümə hazırlaşmalıyıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Adil Şükürov deyib.

 

Topaz Premyer Liqasının XXXVI turunda səfərdə “İnter”lə qarşılaşan debütantın çalışdırıcısı matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.

 

- Leionerlərlə vəziyyət nə yerdədi? Bir də ki, icarəyə götürülmüş oyunçulardan kimlər qalacaq?

- Hər mövqeni gücləndirməyə çalışacağıq. Oyunçuların bəziləriylə danışmışıq, bəziləri ilə isə hələ danışmamışıq. Hər mövqeni gücləndirmək lazımdı. Gələn mövsüm üçün daha güclü komanda yaratmağa çalışacağıq.

 

- Komandada fəlaiyyətinizi davam etdirəcəksiz?

- Biz yeni komandayıq. İlk mövsümdə yaxşı nəticə qazandıq. Burdakı işimə davam edəcəm.

0